Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd olundu

29 aprel 2014 | 10:00

Heydər Əliyev Muzey-Mərkəzində Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
Tədbirdə ilk öncə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafında və zənginləşdirilməsində fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın  müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nəaliyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi.  Bu gün unudulmaz alim, qayğıkeş ana Zərifə xanım xalqımız tərəfindən böyük ehtiramla yad olunur.
Daha sonra YAP Ağstafa rayon Təşkilatının Qadınlar Şurasının sədri Şahanə Osmanova, Dağ Kəsəmən kənd  2 saylı tam orta məktəbin direktoru Təranə Abdullayeva, Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Gülnar Abdullayeva çıxış edərək akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında geniş danışdılar.

Keçidlər