Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə viktorina keçirildi

29 aprel 2014 | 10:00

Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində Gəncə Qarnizonun Zabitlər evinin təşəbbüsü ilə Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonun ümumtəhsil məktəbləri arasında viktorina keçirildi.
Viktorinaya “Ümummilli lider Heydər Əliyev”, “Azərbaycan qəhrəmanları”, “Vətənim məmləkətim” mövzuları ətrafında suallar qoyulmuşdur.
Üç mərhələdən ibarət viktorinanın seçim mərhələsində Vurğun qəsəbə, Dağ Kəsəmən 2 saylı və Texniki Humanitar təmayüllü liseyin komandaları növbəti mərhələyə vəsiqəni təmin etdilər.
Yekun final mərhələsində isə Dağ Kəsəmən 2 saylı məktəbin komandası qalib gəldi. Yarışmanı qazanan komandaya Gəncə şəhərində keçiriləcək zona yarışmasında iştirak etmək vəsiqəsi və hədiyyələr təqdim olundu.

Keçidlər