Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 91 İLLİYİNƏ HƏSR OLUNMUŞ “Bilik yarışması”na yekun vuruldu

03 may 2014 | 10:00

02 may 2014-cü il tarixdə Heydər Əliyev Muzey-Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Bilik yarışması”nın final mərhələsi keçirildi.
Yarışda rayonun 34 ümumtəhsil məktəblərindən üç komanda final mərhələsinə vəsiqə əldə etmişdir. Dağ Kəsəmən kənd 2 saylı, Həsənsu və Muğanlı orta məktəblərin komandalarının iştirakı ilə keçirilən final mərhələsində 1-ci yerə Dağ Kəsəmən kənd 2 saylı, 2-ci yerə Həsənsu və 3-cü yerə Muğanlı kənd orta məktəblərin komandaları layiq görüldü.
Yüksək yerləri tutmuş komandalara Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər