Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kros qaçışı üzrə marafon keçirildi
03 may 2014-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kros qaçışı üzrə yarış keçirildi. Yarış Ağstafa şəhəri Heydər Əliyev prospektindən start götürdü və Heydər Əliyev Muzey-Mərkəzinin önündə sona çatdı.
Marafondan öncə yarış iştirakçıları ilə Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının qarşısında görüş keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov çıxış edərək yarış iştirakçılarına uğurlar arzu etdi.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən marafonda finiş xəttinə 1-ci Qarayev Samir, 2-ci Rüstəmov Nurlan və 3-cü Aylarov Nəriman çatdı. Bütün marafon iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
İlk on yeri tutmuş iştirakçılara Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələr təqdim olundu.