Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Proqramı çərçivəsində yeni məktəb binalarının tikintisi davam etdirilir

07 may 2014 | 10:00

“Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda yeni məktəb binalarının tikintisi və təhsilin infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi  istiqamətində işlər uğurla davam etdirilir.
Dövlət Proqramlarının icrası müddəti ərzində rayonda 12 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Hazırda rayonun Eynallı kəndində 300 şagird yerlik, Kolxəlfəli kəndində 220 şagird yerlik məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Əsas korpusların birinci və ikinci mərtəbələrində işlər tamamlanmaq üzrədir. Binaların dam örtükləri vurulmuşdur. Köməkçi tikililərin inşası davam etdirilir.

Keçidlər