Zəlimxan kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Zəlimxan kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zəlimxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir İsmayılov Zəlimxan kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Həcər İbrahimova Zəlimxan kəndində 3 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
2. Raya Məmmədova təsərrüfat mövsümi ilə əlaqədar suvarma suyunun təminatının yaxşılaşdırılması haqqında danışdı.
3. Həsən Edilov həyətyanı ərazisindən keçən elektrik dayağının və elektrik xəttinin yerinin dəyişdirilməsini xahiş etdi.
4. Təranə Əliyeva Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
5. Ələşrəf Məmmədov (Şəhid atası) 45 hektar adlanan ərazidə subartezian quyusunun bərpa olunmasına ehtiyac olduğunu qeyd etdi.
6. Rəhim Mustafayev yeni məhəllədə elektrik təsərrüfatıının yaxşılaşdırılması barədə danışdı.
7. Arif Həsənov Ağstafa Qaz İstismar Sahəsi tərəfindən abonentlərə borc yazılmasının araşdırılmasını xahiş etdi.
8. Hüseyn Maşayev küləkli havalarda elektrik enerjisinin verilməsində yaranan fasilələr barədə danışdı.
9. Sənan Mustafayev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyini vurğuladı.
10. Sənan İsmayılov Aşağı Kəsəmən kəndi ilə Zəlimxan kəndi arasında olan avtomobil yolunun təmir edilməsini təklif etdi.
11. Hafiz Yusifov Dərə məhəlləsində yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu bildirdi.
12. Sünbül Məsmalıyeva kəndin giriş hissəsində olan subartezian quyusunun üzərində iri tutumlu su çəninin quraşdırılması və ətrafdakı sakinlərin həyətlərinə su xəttinin çəkilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Aşağı Kəsəmən kəndi ilə Zəlimxan kəndi arasında olan avtomobil yolunun təmir edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.