Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ futzal üzrə turnir başa çatdı

07 may 2014 | 10:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Ağstafa rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayonun   idarə, müəssisə və təşkilat kollektivlərinin komandaları arasında təşkil olunmuş futzal üzrə birinciliyə yekun vuruldu.
Turnirin final mərhələsində Ağstafa rayon Polis Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin komandaları üz-üzə gəldi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyununda rayon polis Şöbəsinin komandası qalib gəldi. Müvafiq olaraq 2-ci və 3-cü yerləri rayon Gənclər və İdman İdarəsinin, Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının komandaları tutdular. Yüksək yerləri tutmuş komandalar kubok və diplomlarla təltif olundular.
Ənənəvi olaraq hər il keçirilən bu turnir rayonda idmanın inkişafı və kütləviliyinin artmasına təkan verir.

Keçidlər