Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir yeni poçt şöbəsi istifadəyə verildi

08 may 2014 | 10:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar olaraq Ağstafa Poçt Filialının Poylu vağzal şöbəsinin yeni inzibati binası istifadəyə verildi.
Yeni poçt şöbəsi rayonun Poylu qəsəbəsi və Ceyrançöl yaşayış məntəqəsinə ümumilikdə 2000 nəfər əhaliyə poçt xidmətləri göstərəcəkdir. Poçt şöbəsi müasir tələblərə cavab verən maddi-texniki baza ilə təmin edilmişdir. Odur ki, ərazidə yaşayan sakinlər artıq rayon mərkəzinə getmədən yüksək səviyyədə  poçt xidmətlərindən yararlana biləcəklər.
Açılış tədbirində Ağstafa rayonu İcra hakimiyyətinin məsul işçiləri, Ağstafa Poçt filialının kollektivi və yerli sakinlər iştirak etmişlər.

Keçidlər