Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsm sərgisi

18 oktyabr 2012 | 10:00

17 oktyabr 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzində 1987-ci ildə anadan olmuş Ağstafa şəhər sakini Murad Babakişizadənin rəsmlərindən ibarət rəsm sərgisi keçirildi. Oktyabr ayının sonunadək davam etdiriləcək sərgidə gənc rəssamın rənkarlıq, qrafika və tətbiqi sənət üslubunda 48 ədəd rəsmi nümayiş olunur. İstedadlı gəncin rəsmləri Respublika rəsm sərgiləri ilə yanaşı, “İki fəsil” və “Qadın” rəsmləri 2010-cu ildə Moskva Kulturologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil edilmiş sərgidə də nümayiş etdirilib.

Keçidlər