Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər HEYDƏR ƏLİYEVİN xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalında Ağstafa rayonunun komandası qalib oldu

09 may 2014 | 10:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib. 
Festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib.
Ağstafa rayonunu təmsil edən komanda sürpapaq oyununda birinci yerə layiq görülərək  Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Fərman” və qiymətli hədiyyələri ilə təltif olunmuşdurlar.

Keçidlər