Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada könüllü qanvermə aksiyası başlanılmışdır

13 may 2014 | 10:00

12 may 2014-cü il tarixdə Ağstafa rayon Mərkəzi Xəstəxanasında hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün könüllü qanvermə  aksiyası keçirildi. 
Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan bankı tərəfindən həyata keçirilir.
Azərbaycanda 2500 nəfərdən artıq insan talassemiya, 1640 nəfər isə hemofiliya xəstəsi vardır. Onlardan 14 nəfər talassemiya və 11 nəfər hemofiliya xəstəsi Ağstafa rayonunda qeydiyyata alınmışdır.

Keçidlər