Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin çağırışa qədərki hazırlığı” dərsləri “N” saylı hərbi hissələrdə tədris olunur

15 may 2014 | 10:00

Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin “Gənclərin çağırışa qədərki hazırlığı” dərsləri təsdiq  olunmuş qrafikə uyğun olaraq rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə aparılmışdır.
Hərbi hissədə məktəblilərə tədris zabitlərin iştirakı və onların təqdim etdikləri əyani vəsaitlərdən istifadə olunmaqla praktiki olaraq keçirilmişdir. Keçirilən dərslərdə şagirdlərin zabit peşəsinə yiyələnməsi, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması barədə maarifləndirici iş aparılmışdır.
“N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini və texniki təminatını ifadə edən əyani vasitələrə baxış keçirilmiş, C.Naxçıvanski adına hərbi liseyə və Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul qaydaları və həmin məktəblərdə təhsil şəraiti barədə zabitlər tərəfindən gənclərə ətraflı məlumat verilmişdir. Daha sonra məktəblilər “N” saylı hərbi hissədə mövcud  şəraitlə yaxından tanış oldular.

Keçidlər