Şriftin ölçüsü :

Saytın rəngi :

Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüş

16 may 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Nəsibov Kolxəlfəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Namiq Vəliyev yeni inşa edilən tam orta məktəbin yaxınlığında bir ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi.
2. Nəzifə Məmmədova Kolxəlfəli kəndundə yeni körpələr evi uşaq bagçasının inşa edilməsini təklif etdi.
3. Sahil Orucov ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi barədə danışdı.
4. Tamara Vəliyeva Kolxəlfəli kəndində yeni inşa edilən tam orta məktəbində tikintinin sürətləndirilməsi haqqında çıxış etdi.
5. Rayət Şabanov Kolxəlfəli kəndində elektron tipli ATS-in quraşdırılmasının vacibliyindən danışdı.
6. Zahid Quliyev Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.
7. Zöhrə Mehdiyeva yeni inşa edilən tam orta məktəbin qarşısında yerləşən yöndəmsiz tikilinin sökülməsinə ehtiyac olmasını vurğuladı.
8. Sakit Bağırov Kəndin “Qaracallı” məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
9. Hacımurad Quliyev 50 hektar adlanan ərazidə subartezian quyusunun bərpa olunması barədə danışdı.
10. Namiq Məmmədov Qarasu adlanan suvarma ana arxının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Kolxəlfəli kəndində elektron tipli ATS-in quraşdırılması nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər