Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşavirə keçirildi
Ağstafa şəhəri Heydər Əliyev Muzey-Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Ağstafa rayonu ictimaiyyətinin nümayədnələri ilə görüşü keçirilmişdir.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Daha sonra rayon ziyalılarının, din xadimlərinin və ağsaqqalların iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açdı. Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində Azərbaycan ölkəmizin dini və mədəni müxtəlifliyinin bütün formalarına hörmət və təmkinlə yanaşan dünyada tolerant bir ölkə kimi tanınmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə ciddi uğurlar əldə edilmişdir.
Dövlət müşaviri cənab Kamal Abdullayev millətlərarası, multikulturalizm və dini məsələlər sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəfləri açıqlayaraq Azərbaycanda dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunduğunu qeyd etdi.
Müzakirələrdə fəal iştirak edən rayon ziyalıları və din xadimləri əldə olunmuş uğurlarla yanaşı öz təklif və istəklərini də bildirdilər.
Tədbirdən sonra cənab Kamal Abdullayev Ağstafa şəhəri İmam Əli adına «Cümə» məscidində olaraq dini icmanın üzvləri ilə görüşdü.