Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında keçirilən iclasa rayon İcra hakimyyətinin başçsı cənab Məhərrəm Quliyev sədrlik etmişdir.
Şuranın gündəliyinə daxil olan məsələlər barədə məlumat verən cənab Məhərrəm Quliyev qeyd olunan məsələlərin əhəmiyyəti və müzkirəsinə ehtiyacın olduğunu bildirmişdir.
Rayonun sosial-iqtisadi inkişafı, ictimai-syasi və dini vəziyyəti, həmçinin dövlət idarəçiliyinin yeni iş üslub-formalarının tətbiqi və vəziyyəti müzakirə edildi. Qeyd olundu ki, ötən dövr ərzində Ağstafa rayonunda Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn məsələlərin həlli, cənab Prezidentin nitq və çıxışlarının və bəyanatlarının təbliği, rayonda korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində zəruri tişlər görülmüşdür. Eyni zamanda rayonda süni qiymət artımının qarşısının alınması və vətəndaşlara xidmət sahəsində nöqsanların aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat verildi. Sənədlərlə işə dair təlimatın tələblərinə əməl olunması və vətəndaş müraciətlərinə baxılması haqqında ötən dövr ərzində görülən işlərə toxunuldu. Rayonda yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və aqrar sahədə, xüsusi ilə taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ilə bağlı maarifləndirmə işləri müzakirə edildi. Rayonda qazlaşma, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, əhalinin elektrik enerjisi təminatı sahəsində mövcud vəziyyət dəyərləndirildi.
Gündəlikdə duran məsələlər ətrafında Ağstafa rayonu İcra hakimiyyətinin müavinləri Aydın Hacıyev, Lalə Eyyubova, Ramiz İmanov, rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Müşviq Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov və Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayevin arayışları dinlənildi.
Müzakirə edilən məsələlər barədə rayon rəhbərliyinin irad və təklifləri, həmçinin aidiyyatı idarə müdirlərinin arayışları nəzərə alınaraq qərar qəbul edildi.
Şura iclasına yekun vuran cənab Məhərrəm Quliyev digər cari məsələr barədə fikirlərini bildirdi.
İclas işgüzar şəraitdə keçdi.