Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü ilə əlaqədar tədbir keçirildi

28 may 2014 | 10:00

Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində 28 May - Respublika gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq bu günün əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri ehtiva etdi. Bu uğurlu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi zəngin fəaliyyət konsepsiyası daha da gücləndirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması bu sırada əhəmiyyətli yer tutdu.  Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.
Tədbirdə rayon Təhsil Şöbəsinin məsul işçisi Əli Cəfəroğlu, Ağstafa şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İndira Səmədova və Heydər Əliyev Muzey-Mərkəzinin elmi işçisi Laiq Qələndərov 28 May – Respublika Günü ilə əlaqədar geniş çıxış etdilər.

Keçidlər