Müasir Azərbaycan tarixi dərslərinin tədrisi uğurla başa çatdı
Respublikamızın hər yerində olduğu kimi Ağstafa rayonu Heydər Əliyev Mərkəzində də müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 11-ci sinif şagirdlərinə dərslər müvafiq qrafik üzrə uğurla tədris olundu.
Mövzular üzrə dərslərin tədrisi zamanı müvafiq foto-video materiallar, eyni zamanda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugünkü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, həmçinin Ağstafa rayonunda gedən abadlıq və quruculuq işlərindən bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılmışdır.