Ağstafa rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi
Ağstafa şəhər Heydər Əliyev muzey-mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. Daha sonra Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasio və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək uşaqları mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Lalə Eyyubova Ağstafa rayon İcra hakimiyyəti başçısıının mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Ağstafa rayonu icra hakimiyyətinin tədbirlər planının təsdiq olunması barədə” sərəncamına uyğun olaraq rayonda keçirilmiş tədbirlər barədə məlumat verdi. Dünyanın əksər ölkələrində olduğu kimi mərkəzində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nünölkəmizdə də qeyd olunduğunu diqqətə çatdırdı. Cənab Prezident tərəfindən daima uşaqlara göstərilən dövlət qayğısı barədə məlumat verən L.Eyyubova bu işdə heydər Əliyev fondu tərəfindən də məqsədyönlü işlərin aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış etdilər.