Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada təməl qoyma mərasimi keçirildi.

05 iyun 2014 | 10:00

Ağstafa rayonunda dövlət proqramlarının icrası sahəsində və sosial iqtisadi inkişafının sürətləndirilməsi üçün bir sıra layihələr həyata keçirilir, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır.
Rayonda təhsilə, gənc nəslin təlim-tərbiyəsi ilə bağlı bütün məsələlərə diqqət və qayğı ilə yanaşılır. Ötən il körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi iş aparılmışdır. Ağstafa şəhərində olan 5 bağçadan 4-də yenidənqurma işləri həyata keçirilmişdir. 115 yerlik şəhər 1 saylı və 85 yerlik şəhər 3 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilmiş, yeni inventar və avadanlıqlarla təmin edilmişdir. 75 yerlik 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Hazırda rayonun Dağ Kəsəmən kəndində 100 yerlik yeni uşaq bağçası-körpələr evinin tikintisi aparılır.
Bu gün Ağstafa şəhərində qəzalı vəziyyətdə olan 5 saylı uşaq bağçasına Heydər Əliyev Fondunun dəstəyi ilə yeni müasir binanın tikintisinə başlanıldı. 100 yerlik yeni uşaq bağçası-körpələr evinin tikintisinin təməl qoyma mərasimində çıxış edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev təhsilə qədər və təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə ciddi diqqət və qayğı göstərir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə uşaq tərbiyə müəssisələrinin hamisi kimi tanınır və bir çox müəssisələrin tikintisi və təmirini həyat keçirmişdir. Ağstafa şəhərində təməli qoyulan bu bağçada Heydər Əliyev Fondunun dəstəyi hesabına inşa edilir.
Mərasimdə çıxış edən ziyalılar, valideynlər və müəllimələr göstərilən bu diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə yeni uşaq bağçası-körpələr evinin tikintisinin təməli qoyuldu.

Keçidlər