Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 24-də rayonumuzun Ağgöl kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

25 oktyabr 2012 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 24-də rayonumuzun Ağgöl kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağgöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Mansurov Ağgöl kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Kəmaləddin Mansurov Ağgöl kəndinə təbii qazın verilməsindən danışdı.
2. Ayaz Cəlilov örüş-otlaq sahəsinin artırılmasına ehtiyac olduğunu qeyd etdi.
3. Aynurə Musayeva Ağgöl kəndinin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
4. Əhməd Osmanov gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
5. Güləndam Hüseynova oğlunun işlə təmin edilməsini xahiş etdi.
6. Rəsul Yusifov istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması və satılmasında olan problemlər haqqında danışdı.
7. Sabir Məmmədov gömrük və sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətinə icazə verilməsinə dair çıxış etdi.
8. Dünya Paşayeva Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının bölgə üçün əhəmiyyətindən danışdı.
9. Zakir Süleymanov ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
10. Mahmud Əliyev qış mövsümünün gəlməsi ilə əlaqədar kənddə odun yanacağının satışının təşkilinə ehtiyac olduğunu vurğuladı.
11. Nizami Binnətov Böyük Kəsik-Ağgöl və kəndarası yolun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda bölgə üçün əhəmiyyətli olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri davam edir və Sadıqlı kəndində Beynəlxalq Gömrük Terminalının tikintisi üçün torpaqayırma sənədlərinə hazırlıq işləri gedir.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər