Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təmizlik işləri davam etdirilir

08 iyun 2014 | 10:00

Hər həftənin şənbə günləri olduğu kimi bu gün də Ağstafa rayonu ərazisində təmizlik və səliqə-səhman işləri həyata keçirildi.
Rayonun bütün yaşayış məntəqələrində həyata keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Ağstafa şəhərinin Üzeyir Hacıbəyov küçəsində və Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhər ərazisindən keçən hissələri boyunca ağacların budanması, suvarılması, alaq otlarının təmizlənməsi, yaşıllıqlara xüsusi qulluq göstərilməsi həyata keçirildi. Qəsəbə və kəndlərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər