Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada velosiped yürüşü keçirildi

12 iyun 2014 | 10:00

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər planı həyata keçirilir. Həmin tədbirlər planına uyğun olaraq  Ağstafa rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənc velosipedçilərin yürüşü keçirildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstləri qoydu.
Velosiped yürüşünə həsr olunmuş mərasimdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 15 iyun Milli Qurtuluş günün tarixindən və əhəmiyyətindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında göstərdiyi fədakarlıq və siyasi iradəsindən geniş danışdı. Qeyd edildi ki, Ulu öndərin həmin böhranlı günlərdə hakimiyyətə qayıdışı olmasaydı Azərbaycan milli müstəqilliyini itirmiş olacaqdı. Bu gün əldə olunan bütün uğurların əsasını Heydər Əliyev qoymuşdur.
Tədbirdə çıxış edən gənc idmançılar yürüşün təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər. Daha sonra yürüşə start verildi. Yürüş iştirakçıları Qazax rayonuna doğru hərəkətə başladılar.
Velosipedçilərin hərəkət planına görə  yürüş iştirakçıları Qazax rayonunda Heydər Əliyevin abidəsini ziyarət edərək geriyə Ağstafa rayon mərkəzinə qayıtdılar. Yürüşdə fəal iştirak edənlərə Ağstafa rayon İcra hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının qiymətli hədiyyələri verildi.

Keçidlər