Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təmizlik işləri davam etdirilir

15 iyun 2014 | 10:00

Hər həftənin şənbə günləri olduğu kimi bu gündə Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələri, park və xiyabanlarında yaşıllıqlara xüsusi qulluq göstərildi, alaq otları ərazilərdən təmizləndi, ağacların dibi şumlanaraq suvarıldı.
Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin  rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri görüldü.  Park və xiyabanlarda, eləcə də küçələrdə yaşıllıqlara xüsusi qulluq göstərildi. Qəsəbə və kəndlərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər