Ağstafa rayonu Böyük Kəsik kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Böyük Kəsik kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Böyük Kəsik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Mikayılov Böyük Kəsik kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Aydın Qurbanov Böyük Kəsik kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Dilarə Əliyeva qızının müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.
3. Yusif Yusifov kəndin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Məhəmməd Abdullayev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
5. Murad Bakunov ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini təklif etdi.
6. Nəzakət Hüseynova kənd qəbiristanlığının ətrafında abadlıq işlərinin aparılmasından danışdı.
7. Elşən Süleymanov 40 hektar adlanan ərazinin yaxınlığında olan subartezian quyusunun təmir edilməsini xahiş etdi.
8. Nazan İmanova Böyük Kəsik kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
9. Nizami Nadirov kənd tibb məntəqəsinin yaxınlığında olan məhəlləyə içməli su xəttinin çəkilməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Səadət Səfiyeva Türklər məhəlləsində yolun təmir edilməsini təklif etdi.
11. Azad Muradov pay torpaqlarına getmək üçün suvarma arxlarının üzərində keçidlərin quraşdırılmasını xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil 11 yaşayış məntəqəsinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Ağgöl və Böyük Kəsik kəndləri arasında subartezian quyularının qazılması, su anbarlarının daşıyıcı və paylayıcı yeraltı su şəbəkələrinin layihələndirilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.