Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Əmək yarmarkası” keçirildi

20 iyun 2014 | 10:00

Rayonda işsizliyin azalması, əhalinin məşğulluğunun artması, sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının 03 iyun 20114-cü il tarixli 1311 saylı sərəncamına əsasən 19 iyun 2014-cü il tarixdə əmək yarmarkası keçirilmişdir.
Ağstafa rayonunda keçirilən “Əmək yarmarkası”na 48 təşkilat 251 boş iş yeri çıxarmışdır. Boş iş yerlərinin 66-sı fəhlə peşələri, 104-ü qulluqçu vəzifələri, 81-i xidmət sahələridir.
“Əmək yarmarkası”na çıxarılan boş iş yerlərinin əmək haqqının minimum həddi 105,0 manat, maksimum həddi 398,0 manat olmuşdur.
İşə düzəlmək üçün yarmarkaya 250 nəfər müraciət etmişdir ki, onların da 47 nəfərinə işə göndəriş verilmişdir.

Keçidlər