Qurban bayramı münasibəti ilə rayonun bütün yaşayış məntəqələrində bayram sovqatları paylandı
26 oktyabr 2012 | 10:00
25 oktyabr 2012-ci il tarixdə Dünya müsəlmanlarının Müqəddəs Qurban bayramı münasibəti ilə Ağstafa rayonunda şəhid ailələrinə, Çernobl və Qarabağ əlillərinə, sərhəd kəndi olan Köhnəqışlaq kənd sakinlərinə, eləcədə rayonun bütün yaşayış məntəqələrində yaşayan aztəminatlı ailələrə qurban payı və ərzaq paylandı. Bayram münasibəti ilə Köhnəqışlaq kəndində rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri ilə kənd sakinlərinin görüşü keçirildi. Bayram sovqatı rayon üzrə müəyyən edilmiş 417 ailənin birbaşa ünvanlarına çatdırıldı.