Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

25 iyun 2014 | 10:00

Bu gün Ağstafa rayon İcra hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək rayonun dövlət qulluqçularını peşə günü münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu və dövlət işində çalışanlara münasib iş və istirahət şəraitinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularını və onların ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması, əmək haqlarının artırılması istiqamətində son illərdə bir neçə Sərəncam imzalamışdır. Ölkəmizdə dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi ölkə rəhbərliyinin diqqətində olur və  ötən illərdə Ağstafa rayonundan  bir neçə nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Ağstafa rayonunun sosial-iqtisadi inkişafı və dövlət qulluğunda xidmətdə fərqləndiklərinə görə bir qrup dövlət qulluqçusu Ağstafa rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər