Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Şura iclasını giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verdi.
İclasın gündəliyinə İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təkmilləşdirilməsi tədbirləri barədə, rayonun kənd və qəsəbələrində abadlıq, tikinti quruculuq işlərinin, infrastrukturun yenilənməsi, tikinti, quruculuq və abadlıq işlərinin aparılmasında yerli icra və bələdiyyə orqanlarının birgə işi barədə, rayonda həqiqi hərbi xidmətə çağrışın təşkili vəziyyəti barədə, Ağstafa rayonunda nigah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi istiqamətində aparılan işin vəziyyəti barədə və tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində həyata keçirilən işlər haqqında məsələlər daxil edilmişdir. Gündəlikdə duran məsələlər ətrafında müvafiq olaraq rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, rayonun baş memarı Sənan Mustafayev, hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov ilə çıxış etdilər.
Məruzə ətrafında aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq təşkilat rəhbərlərinə mövcud nöqsanların tezliklə aradan qaldırılmasını tapşırdı və onlara öz iradlarını bildirdi.
Şura iclası işgüzar şəraitdə keçdi.