Ağstafa rayonu Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Təranə Abdullayeva Dağ Kəsəmən kəndində 100 yerlik körpələr evi uşaq baxçasının tikintisinin sürətləndirilməsi haqqında danışdı.
2. Tavad Aslanov kəndin Budaqlı və Araflı məhəllələrinə verilən təbii qazın təzyiqinin az olması barədə çıxış etdi.
3. İlyas Bayramov kəndin mərkəzi hissəsində yerləşən çayxananın fasad hissəsinin təmir olunması və ərazinin abadlaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Mahir Namazov Yeni məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi barəədə danışdı.
5. Elza Qəfərova Qədimalılar məhəlləsinə gedən yolun təmir edilməsinə ehtiyac olduğunu vurğuladı.
6. Nuriyyə Əliyeva maddi köməkdarlıq edilməsini xahiş etdi.
7. Zülfiyyə Budaqova əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün Ağstafa şəhərində müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
8. Akif Əmirov mərkəzi küçədə məişət tullantılarının yığılması üçün zibil qablarının qoyulmasına ehtiyac olduğunu qeyd etdi.
9. Valeh Qafarov Dağ Kəsəmən kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisinin vacibliyi barədə danışdı.
10. Aytək Məmmədova Yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinə ehtiyac olduğunu vurğuladı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari uldə seldən mühafizə bəndinin tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.