Azərbaycan Silahlı Qüvvələri günü qeyd edildi
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibəti ilə Ağstafa rayonunda tədbir keçirildi.
Rayon ərazisində yerləşən hərbi hissələrdə bayram konsertləri təşkil olundu. Ağstafa rayon İcra hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri “N“saylı hərbi hissədə oldular. Hissənin zabit, əsgər və gizirlərini bayram münasibət ilə təbrik edən rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov Azərbaycanda ordu quruculuğunun Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun müasir hərbi texnika və silah-sursatla təmin edilməsinə, zabit və əsgərlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğı qeyd olundu. Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlər hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif edildi. Bayram münasibət ilə rayon rəhbərliyi tərəfindən hərbi hissəyə qiymətli hədiyyələr təqdim olundu.
Rayon mədəniyyət evinin musiqi kollektivinin iştirakı ilə gözəl konsert proqramı oldu.