Şriftin ölçüsü :

Saytın rəngi :

Polis günü qeyd olundu

03 iyul 2014 | 10:00

Azərbaycan Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə günü münasibəti ilə Ağstafa rayon Polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində oldu. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular. Daha sonra Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular.
Polis gününə həsr olunmuş mərasim rayon Polis şöbəsində davam etdirildi. Rayon polis şöbəsinin əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edildi və rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə  şöbənin bir sıra əməkdaşları “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olundular.

Keçidlər