Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqlı kəndində növbəti səyyar qəbul-görüş

04 iyul 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Sadıqlı  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev Sadıqlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tahir Musayev beton suvarma kanallarının çəkilişinin başa çatdırılmasının sürətləndirilməsinin vacibliyi barədə danışdı.
2. Sevinc Hacıyeva Sadıqlı kəndi rayon mərkəzindən uzaq məsafədə yerləşdiyindən maye qaz satışı üçün ixtisaslaşdırılmış avtomobilin kənddə fəaliyyətinin təşkil edilməsini xahiş etdi.
3. Zemfira Yusifova kəndin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Çimnaz Allahverdiyeva müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.
5. Vaqif Kərimov kəndin mərkəzində olan elektrik transformatorunun təmir edilməsi barədə danışdı.
6. Nüsrət Hacıyev iki yeni məhəllədə yolların təmir edilməsinin vacibliyindən danışdı.

7. Mansır Mansırov ərazidə  Beynəlxalq Gömrük Terminalının  inşa edilməsinin vacibliyindən danışdı.
8. Zabit  Mustafayev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
9. Rəsmiyyə Musayeva Sadıqlı kənd tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı.
10. Sona Rəhimova kəndə təbii qazın verilməsi barədə danışdı.
11. Məhəmməd Mustafayev 60 hektar adlanan sahəyə getmək üçün bir ədəd keçidin quraşdırılmasını təklif etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil 11 yaşayış məntəqəsinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Ağgöl və Böyük Kəsik kəndləri arasında subartezian quyularının qazılması, su anbarlarının daşıyıcı və paylayıcı yeraltı su şəbəkələrinin layihələndirilməsi nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər