Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində əsaslı təmir işləri aparılır

08 iyul 2014 | 10:00

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində əsaslı təmir işlərinə başlanmışdır. Mərkəzin fəaliyyətinə hər hansı məhdudiyyət qoymadan binanın dam örtüyünün tamamilə dəyişdirilməsi, təbii aşınmaya məruz qalan mərmər təbəqəsinin sökülərək  müasir tipli üzlük materiallarla əvəz olunması və binanın fasad hissəsinə qranit üzlük çəkilməsi işlərinin aparılması nəzərdə tutulur.  Binanın daxilində foye, zal və iş otaqlarının rənglənməsi, döşəmə və tavanın dəyişdirilməsi kimi təmir işləri də aparılacaqdır.
Hazırda binada dam örtüyünə  beton tökülməsi və yan divarlardan köhnə mərmərlərin sökülməsi işi gedir.
Təmir bərpa işlərinin qısa zamanda başa çatdırılması nəzərdə tutulur.

Keçidlər