Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda təhsilin infrastrukturunun yenilənməsi davam etdirilir

08 iyul 2014 | 10:00

Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı Dövlət proqramına uyğun olaraq Ağstafa rayonunda 2003-2013-cü illər ərzində on iki yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Ötən ilin sonlarından başlayaraq rayonun Eynallı kəndində 300 şagird yerlik, Kolxəlfəli kəndində 220 şagird yerlik məktəb binalarının tikintisinə başlanılmışdır. Dövlət proqramı çərçivəsində inşa olunan hər iki məktəbdə tikinti quraşdırma işləri sürətlə aparılır. Hər iki məktəbin dam örtüyü qoyulmuş, ön və yan divarların rənglənməsi işi aparılır.
Hazırda hər iki məktəb binasının  daxilində son tamamlama işləri aparılır.
Sahə daxili abadlıq işləri qurtarmaq üzrədir.

Keçidlər