Şriftin ölçüsü :

Saytın rəngi :

Ağgöl kəndində növbəti səyyar qəbul-görüş

10 iyul 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Ağgöl  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağgöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Mansurov Ağgöl kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Kəmaləddin Mansurov Böyük Kəsik - Ağgöl avtomobil yolunun təmirinin vacibliyi barədə danışdı.
2. Əhməd Osmanov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini xahiş etdi.
3. Meyvə Tomayeva kəndin içməli su nasosu və xətlərinin təmir olunmasına ehtiyac olduğunu qeyd etdi.
4. Natiq Mustafayev suvarma arxlarının təmizlənməsi barədə danışdı.
5. İsmayıl Osmanov yanmış evinin tikintisinə köməklik olunmasını xahiş etdi.
6. Sarabəyim İsgəndərova kənd qəbirstanlığının ətrafının abadlaşdırılmasının vacibliyindən danışdı.
7. Çoban Qurbanov kəndin 3-cü məhəlləsində 1 ədəd 10 kilovoltluq dayağın dəyişdirilməsinin vacibliyindən danışdı.
8. Sabir Mansurov pay torpağına gedən yola 2 ədəd su keçidinin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
9. Rəbiyyə İsmayılova kəndin 2-ci məhəlləsinin xırlanmasına ehtiyacı olduğunu vurğuladı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil 11 yaşayış məntəqəsinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Ağgöl və Böyük Kəsik kəndləri arasında subartezian quyularının qazılması, su anbarlarının daşıyıcı və paylayıcı yeraltı su şəbəkələrinin layihələndirilməsi və Böyük Kəsik - Ağgöl avtomobil yolunun təmiri nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər