Ağstafada daha iki yeni körpələr evi-uşaq bağçası tikilir
Ağstafa rayonunda körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sürətlə davam etdirilir.
Hazırda Ağstafa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə qəzalı vəziyyətdə olan 100 uşaq yerlik şəhər 5 saylı və Dağ Kəsəmən kəndində 100 uşaq yerlik yeni körpələr evi-uşaq bağçalarının tikintisi işləri uğurla davam etdirilir. Ən müasir tələblərə cavab verəcək hər iki uşaq bağçasının yeni binalarının bu ilin payızında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Məlumat üçün bildiririk ki, Ağstafa şəhərində olan 5 uşabağçasından 4-də yenidənqurma işləri həyata keçirilmişdir. 115 yerlik şəhər 1 saylı və 85 yerlik şəhər 3 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilmiş, yeni inventar və avadanlıqlarla təmin edilmişdir. 75 yerlik 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.