Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası

31 oktyabr 2012 | 11:00

30 oktyabr 2012-ci il tarixdə Ağstafa rayon İcra hakimiyyətində “Rayonda epizootik vəziyyət, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlər, ət kəsimi sexlərinin təşkili zərurəti, ət məhsullarının satışına nəzarətin gücləndirilməsi” və “Ağstafa rayonu ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrin 2012-2013-cü dərs ili üçün şəbəkəsi” barədə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələlər barəsində danışdı.
İclasda rayon İcra hakimiyyəti başçısının müavinləri, Aqrar məsələlər şöbəsinin müdiri Ramiz İmanov və İctimai-siyasi və humanitar məsələlər şöbəsini müdiri Lalə Eyyubova məruzə ilə çıxış etdilər. Məruzələrdə məsələlər barəsində ətraflı məlumat verildi, nəticələrlə yanaşı mövcud problem və nöqsanlara da toxunuldu.
İclas işgüzar şəraitdə keçdi.
 

Keçidlər