Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində iki küçə yenidən qurulmadan sonra istifadəyə verildi

16 iyul 2014 | 10:00

Ağstafa şəhərinin mərkəzi prospekt və küçələrində ilin əvvəlindən başlanmış tikinti, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Şəhərin Nəriman Nərimanov və Səmədağa Ağamalıoğlu küçələrində  aparılan abadlıq və rekonstruksiya işləri başa çatdırılmışdır. Hər iki küçə boyu bordurlar yenilənmiş, səkilərə dekorativ tipli daş düzülmüş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ümumilikdə bu küçələrdə 3850 kv. metr bordur, 4300 kv. metr dekorativ səki daşı qoyulmuş, 56 ədəd müasir işıqlandırma sistemi quraşdırılmışdır. Küçələrə 13400 kv. metr yeni asfalt örtüyü salınmışdır. Rabitə və elektrik naqil xətləri yeraltı kabellə əvəz edilmiş, suötürücü arxlar borularla əvəz edilmiş və qaz xətləri daha təhlükəsiz yerə çəkilmişdir.
Bu gün hər iki küçənin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilmişdir. Şəhər sakinlərini təbrik edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində aparılan abadlıq və tikinti quruculuq işləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, şəhərin daha 3 küçəsində yenidən qurma və abadlıq işləri aparılır.
Çıxış edən şəhər sakinləri yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Daha sonra küçənin açılışını bildirən rəmzi qırmızı lent kəsildi. Tədbir iştirakçıları küçə boyu yürüş etdi.

Keçidlər