2014-cü ilin 1-ci yarısının yekunları müzakirə edildi
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin inzibati binasında Şuranın geniş tərkibdə iclası keçirildi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Şuranın gündəliyində duran məsələlər barədə məlumat verdi. Şurada 2014-cü ilin birinci rübünün yekunları və Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramının(2014-2018) təsdiq edilməsi, Sənədlərlə işə dair təlimatın tələblərinə əməl olunması və vətəndaşların müraciətlərinə baxılması sahəsində bir neçə icra nümayəndəliyində görülən işlər barədə, ”Səyyar-görüş” qəbullarda vətəndaşlar tərəfindən qaldırılan təklif və tələblərin icrası sahəsində həyata keçirilən tədbirlər barədə məsələlər müzakirə edildi. Qeyd olundu ki, 2014-cü ilin birinci yarısında respublikanın sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə edilmişdir. Ağstafa rayonunda da regionların inkişafı dövlət proqramının həyat keçirilməsi sahəsində həyata keçirilən tədbirlər sayəsində ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 1,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 26,5 faiz, nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 5,4 və 12,2 faiz artmışdır. Geniş müzakirə edildikdən sonra Ağstafa rayonunun sosial –iqtisadi inkişaf Proqramı(2014-2018) təsdiq edildi.
Şuranın gündəliyində duran digər məsələlər də ətraflı müzakirə edildi. Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Şuranın işinə yekun vuran Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qarşıda duran vəzifələri qeyd edərək ili daha yüksək nəticələrlə başa vurmaq üçün bütün imkanların səfərbər edilməsini tapşırdı.
Şura iclası işgüzar şəraitdə keçdi.