Şriftin ölçüsü :

Saytın rəngi :

Salahlı-Poylu mənzilinin Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istismara verildi

26 iyul 2014 | 10:00

Mərasimdə Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov, “Evrascon” şirkətinin baş direktoru Manaf Şirinov iştirak ediblər.
Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşu həyata keçirilib. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə, Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208, 44 metrdir.
Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.

Keçidlər