Ağstafa şəhəri Rəfail Əsədov küçəsi yenidən qurulur
02 avqust 2014 | 10:00
Ağstafa şəhərinin mərkəzi prospekt və küçələrində quruculuq və abadlıq işləri uğurla davam etdirilir.
Ötən ay şəhərin Nəriman Nərimanov və S.Ağamalıoğlu küçələrinin yenidənqurmadan sonra istifadəyə verilməsinin ardınca, uzunluğuna görə şəhərin birinci küçəsi olan Rəfail Əsədovda da rekonstruksiya işləri sürətlə aparılır.
Uzunluğu 2 km, eni 8,5 metr olan küçə boyu yeni bardur qoyulmuş, avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş istiqamətlərdə əsaslı təmir işlərinin görülməsi üçün hazırlıq işləri aparılır, müasir işıq dirəklərinin quraşdırılması üçün beton özül qoyulur.
Şəhər sakinləri görülən bu işlərdən razılıqlarının ifadə edirlər.