Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə dair təlim-məşğələ keçirildi.

07 avqust 2014 | 10:00

“bp Azərbaycan” əməliyyat şirkəti və İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ağstafa regional şöbəsinin təşkilatçılığı ilə, İxrac Boru Kəmərləri (İBK) dəhlizində və qurğularında  planlaşdırılmış qrafikə uyğun olaraq, “Kəmərin zədələnməsi, yanğının baş verməsi və neftin çaya axması, eləcə də, bununla bağlı ortaya çıxan fəsadların aradan qaldırılması üzrə tədbirlərin görülməsi” mövzusunda təlim-məşğələ keçirilmişdir.
Təlim-məşğələ Ağstafa rayonu Qırılı kəndi yaxınlığında keçirilirdi. Eyni zamanda “Briggs” şirkətinin Neftin Dağılmasına Cavab vermə Tədbirləri üzrə əməkdaşları da iştirak edirdi. Ümumilikdə tədbirə 12 avtomobil və 42 nəfər əməkdaş cəlb edilmişdir.
Təlim zamanı boru kəmərləri və onların infrastruktur obyektlərinə heç bir ziyan dəyməmişdir.

Keçidlər