Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə bayram tədbiri

01 noyabr 2012 | 11:00

31 oktyabr 2012-ci il tarixdə Ağstafa şəhərində yerləşən “Sezar” şadlıq sarayında Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə bütün tədbir iştirakçılarını təbrik etdi. Yeni Azərbaycan Partiyasının yaranması və müstəqil Azərbaycan Dövlətinin inkişafı yolundakı xidmətlərindən danışdı. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyasının sükanının bu gündə etibarlı əllərdə olduğunu bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbəri kimi partiyanın möhkəmlənməsində və inkişafındakı xidmətlərini qeyd etdi.
Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatının sədri Ramiz Tatarov partiyanın rayon təşkilatının yaranması və təşəkkül tapmasında keçdiyi yola nəzər saldı.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasından millət vəkilləri Nizami Cəfərov, Məlahət Abbasova və Sahibə Qafarova da öz çıxışlarında Yeni Azərbaycan Partiyası haqqında geniş danışdılar.
Tədbirdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak edirdi.
 

Keçidlər