“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turu təşkil olundu.
10 avqust 2014-cü il tarixdə Ağstafa rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdlərindən ibarət Xaçmaz-Quba-Qusar rayonlarına ekskursiya turları təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra onlara “Ölkəmizi tanıyaq” ekskursiya turu barədə ətraflı məlumat verildi. Bildirildi ki, turun keçirilməsində əsas məqsəd ölkəmizin rayonlarını, tarixi abidələrini, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır.
Valideynlər bu turun təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda uşaqlar ilə xatirə şəkli çəkdirildi və tur iştirakçıları xüsusi avtobusla yola salındı.