Şriftin ölçüsü :

Saytın rəngi :

Qadınların ictimai-siyasi, sosial-mədəni fəallığını artırılması məqsədi ilə tədbir keçirildi

14 avqust 2014 | 10:00

Avqustun 14-də Ağstafa Rayon Təhsil Şöbəsində və Poylu kəndində  keçirilən regional tədbirdə qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edildi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının  birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Gəncə, Mingəçevir şəhərlərini, Yevlax, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarını təmsil edən fəal qadınlar iştirak edirdilər.
Görüşdə çıxış edən Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev rayonun ictimai-siyasi həyatında qadınların rolundan, fəal qadınlara yaradılan şəraitdən söz açdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə qadınlarının qarşısında yeni məqsəd və vəzifələr dururdu. Belə bir şəraitdə qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması üçün ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.
Vurğulandı ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılmasına təkan verdi.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Qəhrəmanova bildirdi ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır.
Qeyd olundu ki, bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan S.Qəhrəmanova xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatının Qadınlar Şurasının sədri Şahanə Osmanova Yeni Azərbaycan Partiyasında təmsil olunan qadınların rayonun ictimai-siyasi, social-mədəni həyatındakı rolundan geniş danışdı.
Digər çıxış edənlər də qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışdılar.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Keçidlər