Şriftin ölçüsü :

Saytın rəngi :

55 yerlik Ağstafa şəhər 4 saylı uşaq bağçası-körpələr evinin açılışı olmuşdur.

01 noyabr 2012 | 11:00

31 oktyabr 2012-ci il tarixdə yeni tikilmiş 55 yerlik Ağstafa şəhər 4 saylı uşaq bağçası-körpələr evinin açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk növbədə yeni bağçanın açılışı münasibəti ilə valideynləri və uşaqları təbrik etdi. Uşaqların sağlam böyüməsi və yüksək təlim-tərbiyə almaları üçün ən yüksək tələblərə cavab verən bu cür körpələr evi-uşaq bağçalarının tikilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkəmizdə bütün sahələrə olduğu kmi, körpələrə olan yüksək diqqət və qayğı rayonumuzda bu istiqamətdə aparılan işləri daha da sürətləndirir. Belə ki, rayonumuzda bütün yaşayış məntəqələrində yerləşən bağçların maddi-texniki bazası möhkəmləndirilir və yeni bağçaların tikintisi davam etdirilir.
Tədbirdə iştirak edən millət vəkili Nizami Cəfərov öz çıxışında bu əlamətdar gün münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi. Bu sahəyə göstərilən Dövlət qayğısından danışdı.
 

Keçidlər