Şriftin ölçüsü :

Saytın rəngi :

Saloğlu qəsəbəsində növbəti səyyar qəbul-görüş

28 avqust 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Saloğlu qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavad İsmayılov Saloğlu qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, , elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nemət Mansurov yüksək gərginlikli elektrik xətlərinin qəsəbə daxilindən kənara çıxarılmasının vacibliyi barədə danışdı.
2. Səfər Budaqov İşlə təmin olunmasını xahiş etdi.
3. Vaqif Nəsibov qəsəbəyə təbii qazın verilməsinə ehtiyac olduğunu qeyd etdi.
4. Məlahət Əhmədova mənzilinin təmirinə köməkdarlıq edilməsini xahiş etdi.
5. Əhməd Hacıyev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsini təklif etdi.
6. Alı Həsənov orta məhəllədə subartezian quyusunun təmirə ehtiyac olmasını qeyd etdi
7. Mustafa Nəsibov qəsəbənin girişində olan məişət tullantılarının yığılması barədə danışdı.
8. Musa Əhmədov həyətinə içməli su xəttinin çəkilməsini xahiş etdi.
9. Natiq İbrahimov Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
10. Qərib Əliyev yuxarı məhəllədə yolun təmirinə ehtiyac olduğunu vurğuladı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Saloğlu qəsəbəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər