"Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində ilk tədbir Ağstafa şəhəri 1 saylı və Bakı şəhəri Nizami rayonu E.Quliyev adına 145 saylı tam orta məktəblərinin iştirakı ilə keçirildi. Layihənin əsas məqsədi iki məktəb arasında dostluq, qardaşlıq əlaqələri yaratmaqdan, eləcə də regionlarda həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, sürətli abadlıq, tikinti-quruculuq işləri ilə yaxından tanış olmaqdan ibarətdir.
Məktəblilər ilk öncə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Daha sonra Ağstafa şəhəri 1 saylı tam orta məktəbində iki məktəbin “Qardaşlaşma Sazişi” imzalandı. Hər iki məktəb bir-birlərinə məktəblərini təmsil edən rəmzi hədiyyələri təqdim etdilər.
Ağstafa məktəbliləri rayonumuzu təmsil edən hədiyyələrlə qonaqları salamladılar. Məktəbdə intellektual yarış təşkil edildi. Maraqlı və gərgin bilik mübarizəsi şəraitində keçən yarışda Ağstafa şəhər 1 saylı tam orta məktəbin komandası qələbə qazandı.
Yarış iştirakçılarına Bilik Fondu tərəfindən təsis edilmiş müvafiq kubok və qiymətli hədiyyələr təqdim edildi.
Növbəti gündə Bakı şəhəri 145 saylı məktəbin numayəndələrinin rayonumuzun tarixi və görməli yerlərinə ekskursiyası nəzərdə tutulmuşdur.