Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon təhsil işçilərinin konfransı keçirildi.

10 sentyabr 2014 | 10:00

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoydular. Ağstafa rayon İcra Hakimiyyətinin iclas salonunda keçirilən konfransda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti Aparatının şöbə müdirləri,  rayon təhsil şöbəsinin rəhbərliyi və məktəb direktorları iştirak etmişdir. Konfransın işində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov iştirak edirdi.
Tədbirdə giriş nitqi söyləyən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi elm və təhsil ənənələri bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində ölkəmizdə 2000-ə qədər yeni məktəb və əlavə korpuslar tikilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. Eyni zamanda Ağstafada ümumtəhsil məktəblərində yeniləşmə və təhsilin infrastrukturunun yenilənməsi prosesi uğurla davam etdirilib. Göycəli, Köçəsgər kəndlərində və Soyuqbulaq qəsəbəsində yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Şəhər, qəsəbə və kənd məktəblərinin hər birində cari təmir işləri aparılmış, məktəblərin istilik sistemləri nizama salınmışdır. Cari tədris ilində Eynallı və Kolxəlfəli kənd məktəblərinin yeni inşa edilmiş binaları istifadəyə veriləcəkdir. Son illər ərzində rayonda 8 yeni məktəb binası tikilmişdir. 
Sonra rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyevin 2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış etdi.
Qeyd olundu ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Ağstafanın təhsil işçiləri də hər il uğurlu göstəricilərə nail olurlar. Sevindirici haldır ki, bu il ali məktəblərə daxil olan məzunların 37 nəfəri 500-dən yuxarı, 16 nəfəri 600-dən yuxarı, bal toplamışdır ki, bu da əvvəlki illərdən xeyli çoxdur. Məruzəçi keçən tədris ilində qazanılan digər uğurları da diqqətə çatdıraraq bildirdi ki, istər fənn olimpiadalarında, istər yazı inşa müsabiqələrində, istərsə də idman sahəsində bir sıra nailiyyətlər qazanılmışdır.
Konfransda ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın əhəmiyyəti barədə də fikirlər səsləndirilib və məktəblilərdə vətənpərvərlik hissinin yüksəldilməsində bu aksiyanın əhəmiyyəti vurğulandı.
Sonra  Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov, Kolxəlfəli kənd  orta məktəbinin  müəllimi Elxan Həsənli, texniki-humanitar təmayüllü liseyin direktoru Nağı Nağıyev, 2 saylı məktəbin tarix müəllimi Sevda Əliyeva və başqaları çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə daim diqqət yetirən və onların bilikli və savadlı yetişməsi üçün hər cür diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonra Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov çıxış edərək 2013-2014-cü tədris ilində qazanılan uğurlardan, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsi yollarından danışdı. Ötən tədris ilində fərqlənən məktəblərə Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı” təqdim olundu.
Sonda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunub.

Keçidlər