Poylu kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Poylu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Nəsibov Poylu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Abbas Yaqubov suvarma su problemi barədə danışdı.
2. Tariyel Nəsibov kəndin yaxınlığında olan məişət tullantıları poliqonunun yerinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Təranə Tanrıverdiyeva Çənlibel məhəlləsində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Səməndər Vəliyev Yeni məhəllədə yolun təmir edilməsinə ehtiyac olduğunu bildirdi.
5. Əmrah Nəbiyev 2 saylı Poylu kənd uşaq baxçasının qəzalı vəziyyətdə olması barədə danışdı.
6. Fəridə Bayramova Poylu kənd həkim məntəqəsinin təmir edilməsinin vacibliyindən danışdı.
7. İdris Nəsibov Daş körpü adlanan əraziyə gediş-gəlişin asanlaşdırılması üçün keçidin quraşdırılmasını xahiş etdi.
8. Rəfail Əliyev ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu qeyd etdi.
9. Zərnigar Hüseynova əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
10. Əmrah Nəbiyev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsini təklif etdi.
11. Səbinə Məmmədova həyətyanı torpaq sahəsi ilə təmin edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Poylu kənd 2 saylı uşaq baxçası qəzalı vəziyyətdə olduğu üçün qəzalı baxçalar siyahısına daxil edilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.